Sumqayıtda 50 yaşlı kişi dənizdə batıb
3-07-2021, 15:45
171

Sumqayıtda 50 yaşlı kişi dənizdə batıb

Sumqayıt şəhərində 50 yaşlı kişi dənizdə batıb.
Hadisə Xəzər dənizinin “Xəzər bağları” yaşayış massivi istiqamətində olan hissəsində qeydə alınıb. Belə ki, şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Vasif Seydulla oğlu nəzarətsiz ərazidə çimərkən batıb.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər