Abşeronda BMW betona çırpılıb: Xəsarət alan var
5-07-2021, 11:01
149

Abşeronda BMW betona çırpılıb: Xəsarət alan var

Abşeron rayonu, Saray qəsəbəsi istiqamətində gedən yolda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, avtoqəza sürücünün avtomobili yüksək sürətlə idarə etməsi səbəbindən baş verib.
BMW-nin sürücüsü sükana nəzarəti itirib. Bu səbəbdən maşın beton arakəsməyə çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.
Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Oxşar xəbərlər