Azərbaycanda məktəbli İNTİHAR ETDİ - ŞOK SƏBƏB
5-07-2021, 15:30
153

Azərbaycanda məktəbli İNTİHAR ETDİ - ŞOK SƏBƏB

Qubada 17 yaşlı oğlan intihar edib.
Hadisə iyulun 4-də saat 22 radələrində rayonun Aşağı Tüləkəran kəndində qeydə alınıb.
Kənd sakini, 17 yaşlı Ruslan Şakir Oğlu Həmidov yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib. Onun Aşağı Tüləkəran kənd orta məktəbinin 10-cu sinif şagirdi olduğu bildirilir.
İlkin ehtimala görə, Ruslan spirtli içki içib və atasının bundan əsəbiləşəcəyini düşünərək qorxudan intihar edib.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. İntiharın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Oxşar xəbərlər