54 yaşlı kişi mənzildə ölü tapıldı
25-08-2020, 11:15
286

54 yaşlı kişi mənzildə ölü tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Həsənov Natiq Kərim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər