Bakıda evdən oğurluq edən 2 nəfər saxlanıldı
25-08-2020, 12:11
175

Bakıda evdən oğurluq edən 2 nəfər saxlanıldı

Bakıda evdə oğurluq hadisəsi baş verib.
Bu barədə Bakıtv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-dən 24-dək olan müddətdə Binə qəsəbəsindəki evlərin birindən 2 000 manat dəyərində televizor və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Ağayev və C.Kulukayev saxlanılıblar.

Oxşar xəbərlər