Azərbaycanda 67 yaşlı kişini inək vurdu, xəstəxanada öldü
7-07-2021, 10:49
126

Azərbaycanda 67 yaşlı kişini inək vurdu, xəstəxanada öldü

Zaqatalada 67 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə ötən gün axşam saatlarında rayonun Faldar kəndində baş verib.
Kənd sakini, 1954-cü il təvəllüdlü Fəxrəddin Durmuş oğlu Durmuşov yaşadığı ünvanda mal tövləsində təsərrüfat işləri aparan zaman tövlədə olan iribuynuzlu inək onu vurub.
Hadisə zamanı 67 yaşlı F. Durmuşovun başı tövlədə olan dəmir konstruksiyaya dəyib. Ağır qapalı kəllə-beyin travması alan F. Durmuşov yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlərin səyinə baxmayaraq, o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər