
Hadisə
7-07-2021, 13:40
172
Tovuzda avtomobil körpüdən aşdı
Tovuz rayonunda avtomobil körpüdən aşaraq çaya düşüb. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Ağbalar kəndinə baş verib. "VAZ 21015" markalı avtomobil idarə etməni itirib və maşın dərəyə aşıb.İlkin məlumata görə hadisə zamanı 3 nəfər xəsarət alıb.Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.Onların vəziyyətinin orta ağır olduğu bildirilir.







