Qobustanda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
12-07-2021, 10:47
141

Qobustanda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun 60-cı kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.
“90-SB-700” dövlət nömrə nişanlı "Mercedes" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində "KİA"nın mühərrik hissəsində yanğın baş verib.
Hadisə zamanı avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Hadisə yerinə FHN-in Qobustan Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Qəza zamanı Şahin Bağırov, Gülnaz Qurbanova və adları hələ bilinməyən 2 nəfər xəsarət alıb. Yaralılar Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər