Bakıda məktəb qarət olundu
12-07-2021, 16:09
161

Bakıda məktəb qarət olundu

Bakıda məktəbdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 7-də Binəqədi qəsəbəsindəki tam orta məktəblərin birindən 6 ədəd çilçıraq, soyuducu və kombi oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini F.Cahangirov saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Oxşar xəbərlər