Bakıda 16 yaşlı oğlan tanışını bıçaqlayaraq öldürdü
13-07-2021, 10:57
140

Bakıda 16 yaşlı oğlan tanışını bıçaqlayaraq öldürdü

İyulun 12-də paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.
Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.
Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq davam edir.

Oxşar xəbərlər