Astarada yük maşını aşıb, ölən var - FOTO
13-07-2021, 15:47
165

Astarada yük maşını aşıb, ölən var - FOTO

Astarada bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, ağır yol nəqliyyat hadisəsi rayonun Pensər-Hamuşam yolunda qeydə alınıb. Lənkəran rayonunun Mamusta kənd sakini Akif Əhəd oğlu Vəliyevin idarə etdiyi "Qazel" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.
Sürücü ağır dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Onun sərnişini, Astara rayonun Motluyataq kənd sakini, 1990-cı il təvəllüdlü Amid Əliağa oğlu Nəsirli isə hadisə yerinə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.


Oxşar xəbərlər