Şəmkirdə ağır yol qəzası olub, ölənlər və yaralananlar var
15-07-2021, 10:07
135

Şəmkirdə ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində olub.
"QAZel" markalı kiçik tutumlu yük maşını ilə "VAZ" markalı minik avtomobili toqquşub.
Nəticədə "VAZ"-da olan 3 nəfər hadisə yerində ölüb, digər avtomobildə olan 2 nəfər isə ağır xəsarətlər alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.(report.az)

Oxşar xəbərlər