Kişi həmkəndlisinin təsərrüfatını yandırdı
15-07-2021, 10:10
125

Kişi həmkəndlisinin təsərrüfatını yandırdı

Saatlı rayonu Sımada kənd sakini B.Aslanov Rayon Polis Şöbəsinə müraciət edərək iyul ayının 11-də ona məxsus fərdi təsərrüfatda yanğın baş verməsi barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis şöbəsinin əməkdaşları hadisə yerində olublar və ilkin araşdırmalar aparılıb. Keçirilən tədbirlərlə hadisənin qəsdən törədildiyi məlum olub.
Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən Sabirabad rayonu Moranlı kənd sakini Valid Hüseynli saxlanılıb.
Dindirilmə zamanı V.Hüseynli törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.

Oxşar xəbərlər