Bakıda 2 yaşlı uşaq binadan yıxıldı
16-07-2021, 10:14
139

Bakıda 2 yaşlı uşaq binadan yıxıldı

Bakıda azyaşlı yıxılaraq ağır xəsarət alıb.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 2019-cu il təvəllüdlü Abdinov Zeynal Anar oğlu ehtiyatsızlıqdan yaşadığı binanın 3-cü mərtəbəsindən yerə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alıb.
Körpə təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona qapalı kəllə-beyin və bədəninin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Komatoz vəziyyət müşahidə olunur (report).

Oxşar xəbərlər