Bakıda narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirildi
26-08-2020, 11:07
166

Bakıda narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirildi

Bakıda narkotik alveri ilə məşğul olan şəxslər tutulub.
Bakıtv.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən rayon ərazisində əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Əbdül Eyvazov şübhəli şəxs qismində saxlanılıb.
Üzərinə baxış keçirilərkən ondan 0,910 qram heroin aşkar edilərək götürülüb.
Eyni zamanda Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü Vasif Davidov yaxalanıb.
Onun üzərindən 7,163 qram marixuana tapılıb.

Oxşar xəbərlər