Hadisə
22-07-2021, 13:27
155
Azərbaycanda yenidoğulan körpə küçəyə ATILDI
Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.
Bu barədə "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində yazıb.
O bildirib ki, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb: "Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə".
Xatırladaq ki, daha öncə Sumqayıtda və Ucarda körpələr küçəyə atılmışdı.