Şəkidə 6 yaşlı uşağı ilan sancdı
22-07-2021, 20:59
177

Şəkidə 6 yaşlı uşağı ilan sancdı

Şəkidə 6 yaşlı uşağı ilan sancıb.
Rayonun Qoxmuq kənd sakini, 2015-ci il təvəllüdlü Həsən Rüfət oğlu Cəbiyev ilan sancması əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı 6 yaşlı H. Cəbiyevi yaşadığı ünvanda ilan sancdığı məlum olub. Ona Şəki RMX-da lazımi ilkin tibbi yardım göstərilib. H. Cəbiyev müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.(apa)

Oxşar xəbərlər