Oğuzda 60 nəfər eyni gündə zəhərləndi - Səbəbi bilinmir
23-07-2021, 14:32
136

Oğuzda 60 nəfər eyni gündə zəhərləndi - Səbəbi bilinmir

Oğuz rayonunda zəhərlənən sakinlər xəstəxanaya müraciət edib.
Report xəbər verir ki, dünən axşam saatlarından etibarən bu gün səhərə qədər 60 nəfərə yaxın rayon sakini qusma, mədə-bağırsaq pozulması və hərarətlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Müraciət edənlərin hamısı Oğuz şəhər ərazisindən olub. Xəstəxanaya yerləşdirilənlərə ilkin tibbi yardım göstərilib və vəziyyətləri stabilləşən xəstələr evə buraxılıb.
Sakinlər arasında baş verən halsıqlığın nədən yaranması hələki bəlli deyil.

Oxşar xəbərlər