Bakıda məhkəmə zalından qaçan dustaq SAXLANILDI - YENİLƏNİB
26-07-2021, 12:14
140

Bakıda məhkəmə zalından qaçan dustaq SAXLANILDI - YENİLƏNİB

Bakıda məhkəmədən qaçan təqsirləndirilən şəxs saxlanılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə məhkəmə zalından qaçan şəxs müəyyən olunaraq saxlanılıb.
Həmin şəxs aidiyyatı üzrə təhvil verilib.
***
11:32
Bakıda dustaq məhkəmədən qaçıb.
 “Qafqazinfo” xəbər verir ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitəsinin daşınmasına görə saxlanılan şəxs bir gün sonra qaçıb.
1976-cı il təvəllüdlü Tərlan Həsənov barəsində verilən sanksiyaya baxılması üçün iyulun 21-də Suraxanı rayon Məhkəməsinə gətirilib.
Prosesdən öncə məhkəmə zalında polislərin başının qarışmasından və onun nəzarətsiz qalmasından istifadə edərək oradan qaçıb.

Oxşar xəbərlər