Binəqədidə müxtəlif növ narkotiklər satan şəxs tutuldu - VİDEO
28-07-2021, 14:25
146

Binəqədidə müxtəlif növ narkotiklər satan şəxs tutuldu - VİDEO

Bakıda narkotik vasitələr satan və avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda avtomobillərin maqnitafonlarını və nəqliyyat vasitələrinin salonlarında olan digər qiymətli əşyaları oğurlayan, əvvəllər məhkum olunmuş Orxan Soltanov tutulub. Araşdırma zamanı onun bu ilin əvvəlindən saxlanılan günə qədər Binəqədi rayonu ərazisində 13 avtomobildən oğurluq etdiyi məlum olub. Orxan Soltanovun törətdiyi oğurluqların bəziləri ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Rayon ərazisində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Samir Ağabalayev də saxlanılıb. Onun üzərinə baxış zamanı külli miqdarda heroin, metamfetamin, metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar edilib. Bu şəxs ifadəsində Binəqədi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Orxan Soltanov və Samir Ağabalayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


 

Oxşar xəbərlər