Bakıda “Kia” ilə piyadanı öldürən şəxs SAXLANILDI
29-07-2021, 16:11
131

Bakıda “Kia” ilə piyadanı öldürən şəxs SAXLANILDI

Bakıda yol nəqliyyat hadisəsi törədən şəxs müəyyən olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Qala qəsəbəsi ərazisində Xəzər Həsənovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Kia” markalı avtomobillə törədildiyi məlum olub.
Müəyyən edilmiş və həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini R.Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
 

Oxşar xəbərlər