Azərbaycanda dəhşətli hadisə: Bəy evini bəzəməyə gedən gəlinin qohumları qəzaya düşdü, ölən var
29-07-2021, 17:51
146

Azərbaycanda dəhşətli hadisə: Bəy evini bəzəməyə gedən gəlinin qohumları qəzaya düşdü, ölən var

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un verdiyi məlumata görə, hadisə rayonun Çarxı kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai” və VAZ-2107 markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Hyundai” dərəyə aşıb, VAZ-2107 isə maneəyə çırpılıb.
Nəticədə, VAZ-2107-də olan sərnişin Xaçmaz rayonu Alıcqışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Hidayət Fərman oğlu Pirverdiyev xəsarətlər alıb. O, yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilsə dünyasını dəyişib.
Qeyd edək ki, VAZ-2107-də olanlar keçiriləcək toy mərasimi üçün bəy evini bəzəməyə gedən gəlinin qohumları olub.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər