Bakıda ər əvvəlcə arvadını, sonra özünü bıçaqladı
31-07-2021, 12:43
183

Bakıda ər əvvəlcə arvadını, sonra özünü bıçaqladı

Bakıda ər əvvəlcə arvadına, sonra isə özünə bıçaqla xəsarət yetirib.
 
"Report" bildirir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Məlumata görə, Lökbatan qəsəbəsində 1988-ci il təvəllüdlü Səfərova Ülviyyə Zahir qızı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Səfərov İsmayıl Qafar oğlu tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisəni törədən İ.Səfərov özünə də iki bıçaq zərbəsi vurub. O, xəstəxanaya çatdırılıb. İ.Səfərova boyunun kəsilmiş-deşilmiş və biləyin kəsilmiş yaraları diaqnozu qoyulub.

Oxşar xəbərlər