
Hadisə
2-08-2021, 11:29
157
Azərbaycanda gecə saatlarında dəhşət: Ölən və yaralı var
Cəlilabad rayonunda ağır yol qəzası baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə Zəhmətabad kəndində qeydə alınıb. Yardımlı rayonunun Zevin kənd sakini, 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev idarə etdiyi "QAZ-69" markalı yük avtomobilini yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb. Hadisə zamanı avtomobildə olan sərnişin, 1990-ci il təvəllüdlü Tağıyev Sadəddin Telman oğlu isə müxtəlif xəsarətlər alıb. O, Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Fakt araşdırılır.