Hadisə
3-08-2021, 17:32
164
Bakıda çimərlikdə qadınlara qarşı yaramaz hərəkət
Dünən Şıxov çimərliyində silsilə oğurluqlar olub.
Bakupost.az -a daxil olan məlumata görə, Salyan yolu 32-də yerləşən çimərlikdə Tovuz sakini Turanə Tağıyevanın dəyəri 1800 manat olan iki ədəd telefonu və bank kartı oğurlanıb.
Bir neçə saat fərqi ilə eyni çimərlikdə daha bir oğurluq halı baş verib. Çimərlikdə dincələn Bakı sakini Nazəndə Məmmədovanın dəyəri 500 manat olan telefonu yoxa çıxıb.
Hər iki faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində araşdırmalara başlanılıb.