Hadisə
6-08-2021, 13:28
151
Füzulidə maşın ağaca çırpıldı, sürücü öldü - Fotolar
Ötən gün Füzuli rayonunun Aşağı Mollaməhərrəmli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsi (DYP) məlumat yayıb. Qeyd olunub ki, “Tavriya” markalı, 19-BF-246 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, sağ ayağı amputasiya edildiyi üçün fiziki məhdudiyyəti olan kənd sakini 1954-cü il təvəllüdlü Tahirov Malik Mahmud oğlunun idarəetməni itirməsi səbəbindən avtomobil ağaca çırpılaraq aşıb.
Qəza nəticəsində sürücü M.Tahirov hadisə yerində dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.