İstirahətdən qayıdan ailə yol qəzasına düşdü - xəsarət alan var
6-08-2021, 21:25
152

İstirahətdən qayıdan ailə yol qəzasına düşdü - xəsarət alan var

Xudat rayonunda yol qəzası baş verib.
Hadisə Xudat-Yalama avtomobil yolunda qeydə alınıb.
Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Paskirina Lüdmila Vasilyevna yaxınları tərəfindən xəsarətlərlə Xudat təcili tibbi yardım məntəqəsinə gətirilib. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qeyd edək ki, Bakı şəhər sakinləri ailəvi olaraq istirahətdən geri qayıdarkən qəzaya düşüb.
Faktla bağlı araşdırma aparılır.(report.az)

Oxşar xəbərlər