Hadisə
10-08-2021, 14:47
153
Şabranda “Opel” Samur-Abşeron kanalına aşıb: Ölən var
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.
Nazirliyin "112” qaynar telefon xəttinə rayonun Gəndov kəndində "Opel” markalı minik avtomobilinin Samur-Abşeron kanalına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1962-cı il təvəllüdlü Quliyev Mənsim Qəhrəman oğlunun meyitini su kanalından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.