Bakıda avtomobili oğurlayıb sökdülər
11-08-2021, 20:18
129

Bakıda avtomobili oğurlayıb sökdülər

Bakıda avtomobil oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə avqustun 9-da rayon ərazisində nasaz vəziyyətdə olan “Toyota” markalı avtomobilin oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hövsan qəsəbə sakinləri R.Əliyev, R.Ağalarov, A.Abbasov və paytaxt sakini N.Nəcəfov saxlanılıblar.
Avtomobil R.Əliyevin həyətində yarısökülü vəziyyətdə tapılıb.

Oxşar xəbərlər