Hadisə
13-08-2021, 14:51
198
Bakıda "BakuBus" avtobusu yandı: Sərnişinlər təxliyə edildi - FOTOLAR
Bakıda sərnişin avtobusunda yanğın olub.
"Report" xəbər verir ki, hadisə metronun "Xətai" stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, "BakuBus" MMC-yə məxsus 21 nömrəli marşurut xətti ilə hərəkətdə olan, 90-JX-216 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsi qəfildən yanmağa başlayıb.
Sürücü dərhal avtobusu saxlayıb və sərnişinlər təxliyə edilib. Alovun qarşısı yanğınsöndürən balonlar vasitəsilə alınıb.