Bakıda restoranda yanğın baş verdi
14-08-2021, 10:02
167

Bakıda restoranda yanğın baş verdi

Bakı şəhərində restoranda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Nərimanov rayonunda ümumi sahəsi 658 m² olan restoran kimi fəaliyyət göstərən ikimərtəbəli tikilinin birinci mərtəbəsində yerləşən mətbəxdə 4 ədəd soyuducu qismən yanıb. Tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər