Hadisə
18-08-2021, 10:58
146
Polis qırmızı işıqda keçib, motosiklet sürücüsünü VURDU (VİDEO)
Ötən gün paytaxtın Azadlıq prospektində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəzaya səbəb DYP-ə məxsus avtomobil olub. Belə ki, qırmızı işıqda yolu keçən polis maşını motosikleti vurub. Nəticədə motosiklet sürücüsü yaralanıb. Polis maşını isə hadisə yerindən uzaqlaşıb.
Sosial şəbəkədə paylaşılan görüntülərdə, polis maşının sürətlə ərazidən gəlib keçməsi əks olunub. Başından xəsarət alan motosiklet sürücüsünün köməyinə ətrafdakı insanlar yetişib.