Hadisə
20-08-2021, 23:24
196
Bakıda keçmiş məhkum heroinlə tutuldu
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 1987-ci il təvəllüdlü Adil Rzayev Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan heroin aşkarlanıb. Davam etdirilən digər əməliyyat tədbirləri ilə onun yaşadığı ünvana baxış zamanı oradan heroin, metamfetamin, çətənə toxumları və iki elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.