Şamaxıda 79 yaşlı qadın özünü gölə atdı
25-08-2021, 18:39
171

Şamaxıda 79 yaşlı qadın özünü gölə atdı

Şamaxı rayonunda intihar hadisəsi baş verib. 
Şamaxı şəhər sakini, 1942-ci il təvəllüdlü İsmayılova Atlaz Şahbala qızı özünü rayon ərazisində yerləşən Kür-Araz adlanan gölə ataraq intihar edib. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Ahıl yaşlı qadının özünə qəsd etməsinin səbəbi hələlik bilinmir.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./APA

Oxşar xəbərlər