Bakıda qardaş qardaşı bıçaqladı
27-08-2021, 11:39
141

Bakıda qardaş qardaşı bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Qarabağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsində qardaşlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Bıçaqlanan 1984-cü il təvəllüdlü Amonov Yaqub Ozan oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.


Müayinə zamanı ona sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır./Bizim.media

Oxşar xəbərlər