17 yaşlı gəncin meyiti ağacda aşkarlandı
31-08-2021, 15:30
150

17 yaşlı gəncin meyiti ağacda aşkarlandı

Gəncə şəhərinin Kəpəz rayonu, Hacıkənd qəsəbəsində ağacda aşkarlanan bir nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət daxil olub.

FHN-dən verilən məlumata görə, Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 2004-cü il təvəllüdlü Məmmədov Eldəniz Həbib oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər