Samuxda kişi həmkəndlisini sinəsindən bıçaqladı
1-09-2021, 11:35
137

Samuxda kişi həmkəndlisini sinəsindən bıçaqladı

Samuxda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 31-də rayonun Ziyadlı kənd sakini 1991-ci il təvəllüdlü İsgəndər Alıxanov sinəsindən bıçaqlanıb.
Ona bıçaqla xəsarət yetirən, rayon sakini 1988-ci il təvəllüdlü İlyas İsmayılov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər