Mingəçevirdə avtomobil qəzası olub
2-09-2021, 11:15
134

Mingəçevirdə avtomobil qəzası olub

Mingəçevirdə zəncirvari avtomobil qəzası olub.
Bu gün səhər saatlarında şəhərin M. Maqomayev küçəsindəki yol kəsişməsində nəqliyyat hadisəsi baş verib.  Qəza “Vaz 21011”, “Mercedes” və “Daewoo” markalı minik maşınlarının iştirakı ilə olub. Hadisə nəticəsində “VAZ”da olan 1984-cü il təvəllüdlü sərnişin Sədaqət Qasımova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər