Bakıda kişi qayınanasının evindən 20 min manatlıq qızıl oğurladı
2-09-2021, 14:37
132

Bakıda kişi qayınanasının evindən 20 min manatlıq qızıl oğurladı

Bakıda evdən xeyli miqdarda qızıl oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Binə qəsəbəsindəki evlərin birindən 500 manat pul və 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu ev sahibəsinin kürəkəni T.Kərimovdur. O, törətdiyi əməli etiraf edib.

Oxşar xəbərlər