Ağdaş sakini əmisi oğlunu qanına qəltan etdi
2-09-2021, 18:19
136

Ağdaş sakini əmisi oğlunu qanına qəltan etdi

Ağdaşda bıçaqlanma hadisəsi olub.
Hadisə rayonun Qaradeyin kəndində baş verib. Kənd sakini 30 yaşlı Samir Məmişovla əmisi oğlu Paşa Məmişov arasında torpaq üstündə mübahisə yaranıb. Nəticədə S. Məmişov P. Məmişova bıçaqla xəsarət yetirib.
O, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat - axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təqdim olunub. 
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər