Gəncədə hamilə qadın əri tərəfindən DÖYÜLDÜ
3-09-2021, 10:16
124

Gəncədə hamilə qadın əri tərəfindən DÖYÜLDÜ

Gəncədə döyülmə faktı qeydə alınıb.
1999-cu il təvəllüdlü T. Məmişova həyat yoldaşı 1992-ci il təvəllüdlü Muraz İsgəndərov tərəfindən döyülüb.
Qadın döyülməsi nəticəsində ağır bədən xəsarətlərindən 18-19 həftəlik hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri polis tərəfindən araşdırılır.

Oxşar xəbərlər