Lənkəranda 9 yaşlı övladını öldürüb intihar edən ata və oğulun FOTOSU
3-09-2021, 18:37
228

Lənkəranda 9 yaşlı övladını öldürüb intihar edən ata və oğulun FOTOSU

Xəbər verdiyimiz kimi,  Lənkəranda oğlunun boğazını kəsən ata özü də intihar edib.
Rayon prokurorluğundan daxil olan məlumatda deyilir ki, sentyabrın 3-ü saat 13 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur: “Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Şaiq Məmmədov qeyd edilən ərazidə bıçaqla oğlu Vahid Məmmədlinin boyun nahiyəsinə xəsarət yetirib onu qəsdən öldürdükdən sonra həmin bıçaqla öz boyun nahiyəsinə xəsarət yetirərək özünü öldürmüşdür”.
Yeniavaz.com ata – Məmmədov Şaiq və onun oğlu – 9 yaşlı Məmmədli Vahidin fotosunu təqdim edir:

Oxşar xəbərlər