Xəzərdə batan 25 yaşlı gəncin meyiti TAPILDI
6-09-2021, 11:56
186

Xəzərdə batan 25 yaşlı gəncin meyiti TAPILDI

Xəzər dənizində batan şəxsin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 05.09.2021-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (nəzarətsiz ərazi) batan 1996-cı il təvəllüdlü Qafarov Kənan Vüqar oğlunun axtarışları başa çatıb.
K.Qafarovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər