Qusar sakini özünü tüfənglə güllələdi
6-09-2021, 14:48
188

Qusar sakini özünü tüfənglə güllələdi

Sentyabrın 4-də saat 18 radələrində Qusar rayonunun Yuxarı Tahircal kəndi ərazisində kənd sakini E.Vəliyevin tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən E.Vəliyevin vəziyyəti orta-ağırdır.
Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "TOZ-16"markalı ov tüfəngi götürülüb.

Oxşar xəbərlər