Şəmkirdə mikroavtobus aşdı - Xəsarət alanlar var
11-09-2021, 10:23
157

Şəmkirdə mikroavtobus aşdı - Xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes Vito" kiçik tutumlu sərnişin mikroavtobusu idarəetməni itirib. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər