Sumqayıtda "Chevrolet" piyadanı vurub ÖLDÜRDÜ
15-09-2021, 14:20
153

Sumqayıtda "Chevrolet" piyadanı vurub ÖLDÜRDÜ

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, qəza sentyabrın 15-də saat 1 radələrində Sumqayıt şəhəri Koroğlu küçəsində baş verib.
Belə ki, şəhər sakini M.Dadaşov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən həmin şəxs orada ölüb.
Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər