Bakıda gənc döyülərək qətlə yetirilib
16-09-2021, 10:44
125

Bakıda gənc döyülərək qətlə yetirilib

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.
Hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.
Məhəmməd Hadi küçəsi 74, mənzil 94 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Hüseynov Hüseyn Faiq oğlu hələlik adı, soyadı bilinməyən şəxs tərəfindən döyülərək ağır xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.
Fakt Xətai Rayon Prokurorluğu tərəfindən araşdırılır./apa

Oxşar xəbərlər