Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü
16-09-2021, 17:01
272

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Kürdəmir rayonunda qadın evində qardaşı tərəfindən qətlə yetirilib. Kürdəmir rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 -ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər