Binəqədidə satıcı müştərinin burnunu sındırdı
30-09-2019, 10:30
1 303

Binəqədidə satıcı müştərinin burnunu sındırdı

Bakının Binəqədi rayonunda bir nəfər döyülərək xəsarət alıb.
Unikal.org xəbər verir ki, hadisə Axundov küçəsində yerləşən Ərzaq mağazasında baş verib.
Belə ki, mağazada müştəri olan 1974-cü il təvəllüdlü Elşən Qocayev satıcı tərəfindən döyülüb. Nəticədə E.Qocayev kəllə-beyin travması alıb və burnunun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər