Hadisə
20-09-2021, 14:03
147
Bakıda kişini döyüb pulunu və telefonunu əlindən aldılar
Bakıda quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə müraciət edən Füzuli rayon sakini İ.Baxışov sentyabrın 19-da Z.Bünyadov prospektində iki nəfərin ona zor tətbiq edib cibindəki 60 manat pul, mobil telefon və sürücülük vəsiqəsi olan gödəkcəsini aldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri İ.Mahmudov və V.Nağıyev saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.